Abdulla Gül “inkar qanunu”na münasibət bildirdi
Türkiyə prezidenti Abdulla Gül Fransa Senatında saxta erməni soyqırımına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə münasibətini açıqlayıb. Abdulla Gül deyib ki, belə bir qanunun qəbulu Fransa kimi ölkəyə yaraşmır. Abdulla “inkar qanunu” qəbul edilən andan Türkiyə-Fransa münasibətlərinin fərqli səviyyəyə düşdüyünü bildirib: “Bu qanunun qəbulu Fransada keçiriləcək seçkiyə hesablanıb və bu, Fransa kimi ölkəni cılızlaşdırdı. Ümid edirəm ki, 60 senator Fransa demokratiyası üzərindəki bu kölgəni qaldırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Əgər qanun Konstitusiya Məhkəməsinə getməzsə, qüvvəyə minərsə, o halda Türkiyə-Fransa münasibətləri tamamilə fərqli səviyyədə olacaq”.


