Azərbaycandan çıxan valyuta daxil olandan çox olub

dollar2015-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2014-cü ilin yekunları üzrə qeydə alınmış  10 mlrd. 423,6 mln. dollar məbləğində profisitə qarşı  222,5 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yekunları üzrə cari əməliyyatların profisitini  0,5 mlrd. dollar səviyyəsində proqnozlaşdırmışdı.

AMB-nin saytında dərc edilmiş 2015-ci il üzrə tədiyə balansına əsasən, hesabat ilində neft-qaz sektoru üzrə profisit  6 mlrd. 548,9 mln. dollar, qeyri-neft sektoru üzrə kəsir  6 mlrd. 771,4 mln. dollar təşkil edib.

AMB-nin məlumatına görə, 2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi  25,4 mlrd. dollar təşkil edib və Azərbaycanın xarici ticarətdə profisiti  5,8 mlrd. dollar səviyyəsində olub. Xarici ticarət dövriyyəsinin 10,5%-i MDB ölkələrinin, 89,5%-i uzaq xarici ölkələrin payına düşüb.

Həcmi  15,6 mlrd. dollar təşkil etmiş ixracın strukturunda neft-qaz məhsulları Azərbaycanın ümumi mal ixracı həcminin 90,4%-ni təşkil edib. Neft və neft məhsullarının bilavasitə ixracı 12,8 mlrd. dollar təşkil edib.

9,8 mlrd. dollar təşkil etmiş idxalın strukturunda istehlak malları  3 mlrd. 850,8 mln.dollar təşkil edib.

 

(interfaks)