Xədicə üçün 40 aksiya keçiriləcək

xedice-ismayil2Beynəlxalq təşkilatlar həbsdə olan jurnalist Xədicə İsmayılın 40 yaşına həsr olunmuş aksiyalara başlayır.

Həbsdə olan jurnalist Xədicə İsmayılın may ayının 27-də 40 yaşı tamam olur. Aksiyaları “Sport for Rights” beynəlxalq hüquq müdafiə təşkilatı təşkil edir. Aksiyalar dünyanın 40 müxtəlif şəhərində keçiriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub.

X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

 

(meydan tv)