Əsəd rejiminin devrilməsi üçün vaxt yetişib

ABŞ Dövlət Departamentin sözçüsü Viktoriya Nuland Suriyanın Ərəb Liqası müşahidəçi missiyasının davam etdirilməsi planına qarşı çıxmasına münasibət bildirib. Nuland qeyd edib ki, Əsəd rejiminin müşahidəçi missiyaya qarşı çıxması acınacaqlı haldır.

“Artıq Ərəb Liqası və Avropa Birliyi ölkələri ABŞ-la eyni mövqedən çıxış edir. Biz Əsəd rejiminin geri çəkilməsi üçün vaxtın yetişdiyini hesab edirik. Ərəb Liqası missiyanın davam etdirilməsi ilə bağlı Suriyaya konkret təkliflə çıxış etmişdi. Təəssüf ki, Əsəd rejimi bunu qəbul etmir. Ərəb Liqası artıq BMT ilə təmaslarda daha fəal olacaq. Ümid edirik ki, müşahidəçi qrupun nəticələri BMT-nin Təhlükəsizlik Şurasına təqdim olunduqdan sonra Şura nəticələrə uyğun olaraq qəti tədbirlər görəcək”, deyə V. Nuland qeyd edib.