Bakıda Öcalanı təbliğ edən kitab satılır?

ocalanBakıda PKK lideri Abdullah Öcalana həsr olunmuş kitab satılır.
Moderator.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Müslüm Yücelin “Abdullah Öcalan – Amaradan İmralıya” kitabı “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsində satılır.
Kitabda Öcalan terrorçu kimi yox, qəhrəman kimi təqdim edilir.
“Azadlıq”ın sorğusuna cavab olaraq, “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsinin nümayəndəsi Rəna Canıyeva bildirib ki, onlarda heç vaxt belə bir kitab satılmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.