Konqresin turizm mərkəzində atışma

ABSVaşinqtonda Konqresin turizm mərkəzində atışma olub.

Reuters agentliyinin verdiyi xəbərə görə, hazırda ərazi polis tərəfindən əhatəyə alınıb, Konqresin binası bağlanıb.

İlkin məlumatlara əsasən, atəşi açan şəxs saxlanılıb. Həmçinin bir polis əməkdaşının yaralandığı bildirilir.