Keçmiş hərbi komissar həbsxanada dünyasını dəyişdi

hebsxanaSaatlının keçmiş hərbi komissarı Ilqar Atayev həbsxanada dünyasını dəyişib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, hadisə dünən baş verib. Məlumatda bildirilir ki, Ilqar Atayev 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirmiş. Onun ölümünün səbəbləri bəlli deyil.

Qeyd edək ki, Ilqar Atayev 2012-ci ildə həbs olunub. O, rüşvət almaqda təqsirli bilinirdi.