Bir sıra KİV-lər Rusiya prezidenti Putinə və onun ətrafına qarşı hücuma hazırlaşır. Belə bir bəyanatla Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov çıxış edib.
“Yaxın günlərdə yeni informasiya hücuçu olacaq. Bizə, Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumundan dindirmə üslubunda olan suallar daxil olub”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Almaniyada, ABŞ-da, Böyük Britaniyada, Fransada, İsveçrədə və hətta Rusiyada yeni məqalələrin dərci gözlənilir. Bu məqalələrdə söhbət şəxsən Putindən və onun ailəsindən, uşaqlıq dostlarından gedəcək. Onların arasında Kovalçuk və Rottenberq də var.
Peskov bu yazıları sifarişli hesab edir. Onun sözlərinə görə, adı çəkilən jurnalist təşkilatına xüsusi xidmət orqanlarının üzvləri də daxil ola bilərdi.
Kreml sözçüsü bu tip informasiyaların ölkəyə təsir etdiyini də etiraf edib.
Peskov həmçinin bildirib ki, dünyanın tanınmış infirmasiya agentliklərindən biri də Putinlə bağlı informasiya hücumu hazırlayır. Orda söhbət mütəşəkkil cinayət qruplardan və korrupsiyadan gedəcək. Bütün bunlar isə birbaşa Putinin adı ilə əlaqələndiriləcək. Söhbət həmçinin Rusiya prezidentinin vasitəsilə varlanan iş adamlarından gedəcək.
Peskov Kremlə cavablandırılmaq üçün göndərilən bəzi sualları da səsləndirib: “Var-dövlətinizin 40 milyard dollar olduğu doğrudurmu? Böyük rezidensiyalara və çoxmilyardlı aktivlərə sahib olduğunuz doğrudurmu? Gənc yaşlarınızda Leninqrad küçələrində içib dava saldığınız barədə məlumatlar həqiqətdirmi?”
Peskov belə məlumatların yayılmaslndan sonra məhkəməyə müraciət edəcəklərini də istinsa etməyib.
Fizzə