“Rusiyada dollar olması lazım olandan 3 dəfə bahadır”

rubl dollarPrezident Vladimir Putinin iqtisadiyyat üzrə müşaviri olan Sergey Glazyev, “Rusiyada bu gün dolların məzənəsi olması lazım olan səviyyədən üç dəfə yüksəkdir” deyib.

“Moskovski Komsomolets” qəzetinin xəbərinə görə, Glazyev, dolların kursunun bu gün 25 rubl səviyyəsində olması lazım olduğunu söyləyib.

Yenə də Mərkəz Bankı dollar məzənnəsini bir neçə il müddətə 60-80 rubl intervalında stabilləşdirməyə dəvət edən Glazyev, bu sayədə spekulyasiyaların qarşısının alınacağını, iqtisadiyyatın rəqabət gücünün artırılacağını və iş dünyasına uzunmüddətli plan hazırlama imkanı təmin ediləcəyini qeyd edib.

 

(marja)