Alma-Ata və Krasnoyarskdan Bakıya aviareyslər ləğv edilib

teyyare“Air Astana” və “Taymır” aviaşirkətləri martın 28-nə planlaşdırılmış Alma-ata və Krasnoyarskdan Bakıya reysləri ləğv ediblər. Bunu Heydər Əliyev Beynəlxalq Hava Limanından deyiblər.

Reyslərin ləğv edlməsi səbəbləri barədə məlumat verilmir.

KC 112 Alma-ata-Bakı reysi paytaxtımıza saat 12:50-də, Y7 708 Krasnoyarsk-Bakı reysi isə saat 22:35-də (Bakı vaxtı ilə) gəlməli idi. Bundan başqa, bu aviaşirkətlərin martın 28-nə planlaşdırılmış əks istiqamətdə olan reysləri də ləğv edilib.

 

(trend)