Bakıda yol qəzasında 10 uşaq yaralandı

qeza avtobusBakının Sabunçu rayonu ərazisində uşaqları daşıyan mikroavtobus qəzaya uğraya uğrayıb. Hüquq-mühafizə orqanlarından ans-ə verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı 10-u uşaq olmaqla 12 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər klinik xəstəxanası na çatdırılıb. Uşaqları daşıyan “Ford” markalı mikroavtobusun  “Niva” ilə toqquşduğu bildirilir.