Novxanıda məcburi köçkün intihar edib

intiharBakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Günəş” düşərgəsində qeydə alınıb. Orada məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1986-cı il təvəllüdlü Təranə Süleymanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.