Yerdə qolum qandallıdı

saday shekerliSaday Şəkərli

Qərib bülbül misalıyam,

qürbət qəfəsim, qəfəsim,

vətən, şeir misrasıyam,

nədən çatışmır nəfəsim?

. . .

Şirin dünya dəryadımı,

qərq eyləmiş Fərhadımı,

yox eşidən fəryadımı,

quyulardan gəlir səsim.

. . .

Ayğır atlarım nallıdı,

sınmış ürəklər, xallıdı,

yerdə qolum qandallıdı,

göydə tapılmır bir kəsim.

. . .

Neynirəm bu qərib baxtı,

yaş gözlərdən damıb axdı,

vətən bir quru budaqdı,

bir budaq…bəsimdi, bəsim…