Gardian nəşri İordaniya kralı İkinci Abdullanın ABŞ konqresmenləri ilə qapalı görüşdə Ərdoğanı radikal islamçılıqda, terrorçuları Avropaya istiqamətləndirməkdə ittiham etdiyini yazmışdı.
Artıq İordaniya hökuməti yayılan xəbərə münasibət bildirib. Açıqlamada yayılan xəbərlərin əsassız olduğu, kralın belə bir çıxış etmədiyini bildirlir. Hökumət spikeri və İnformasiya naziri Məhəmməd əl-Mumunin açıqlamasında deyilir:
“Türkiyə-İordaniya əlaqələri tarixidir və qarşılıqlı hörmət prinsipinə söykənir. Əsassız qəzet xəbərləri bu əlaqələrə təsir edə bilməz. Bu cür xəbərlər qeyri-peşakarlığın göstəricisidir”,-deyə açıqlamada bildirilir.
Aydın Taş