Göyçayda 5 uşaq atası intihar etdi

olum-intiharGöyçay rayonunda intihar hadisəsi baş verib. Hadisə bu gün rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qəribov Nizaməddin Əliyar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Beş uşaq atası olan Nizaməddin Qəribov spirtli içki aludəçisi olub. Məlumata görə o intihar edərkən sərxoş olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)