Belçika da İŞİD-i bombalayan koalisiyaya qoşulur

teyyare raketBrüsseldəki axırıncı teraktlardan sonra Belçika da İŞİD əleyhinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulub.

Xəbəri təsdiqləyən Belçikanın baş naziri Şarl Mişel bildirib ki, ölkəsi bölgəyə «F-16»lar göndərəcək. Baş nazir vurğulayıb ki, hazırda hökumətdə və parlamentdə “F-16″ların mandatının genişləndirilməsi imkanları da nəzərdən keçirilir.

Xatırladaq ki, martın 22-də İŞİD-in Belçika paytaxtında törətdiyi silsilə teraktlarda 30-dan çox insan ölüb, 300-dən artıq insan isə yaralanıb.

 

(virtualaz)