Nyu-York avtosalonunda World Car of the Year beynəlxalq müsabiqənin qalibi açıqlanıb. Jurnalistlər arasında keçirilən sorğuya əsasən, “İlin avtomobili” adını Mazda MX-5 qazanıb. Mazda MX-5 Audi A4, BMW X1, Hyundai Tucson, Jaguar XE, Land Rover Discovery Sport, Mazda CX-3, Mercedes-Benz GLC, Skoda Superb və Toyota Prius-I geridə qoyub.
Əsas nominasiyadan əlavə, “Ən yaxşı idman avtomobili” adına Audi R8 layiq görülüb. Bu avtomobil Chevrolet Camaro, Honda Civic Type R, Mercedes-AMG C63 Coupe və Range Rover Sport SVR- geridə qoya bilib.
azadlıq.info