Yaponiyada kompyuter roman yazdı

suni-intelektYapon alimləri süni intellektden istifadə olunaraq yazılmış romanı təqdim ediblər.

Tokioda təqribən 150 nəfər, o cümlədən süni intellekt sahəsində tədqiqatla məşğul olanlar öz yekun işlərini təqdim ediblər.

Dörd il bundan əvvəl start verilmiş layihənin məqsədi kompyuterə məşhur yapon fantastika yazıçısı Siniçi Hoşi üslubunda roman yazmağı öyrətmək idi.

Layihənin lideri “Hakodate Gələcəyin Universiteti”ndən olan professor Hitoşi Matsubara bildirib ki, süni intellektdən istifadə etməklə dörd roman yazılıb. Həmin romanlar Siniçi Hoşinin şərəfinə keçirilən bədii əsərlər müsabiqəsinə təqdim olunub.

H.Matsubara qeyd edib ki, romanlardan heç biri mükafata layiq görülməsə də onlardan biri seçim turnirini keçə bilib. (strateq.az)