Neft bir gündə 1 dollar ucuzlaşıb

neftBirjalarda neft ucuzlaşmaqda davam edir.

APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir bareli 40,41 dollardan satılıb ki, bu da bir gün əvvəlki qiymətdən 1 dollar ucuzdur. Qərbi Texas nefti də gün ərzində dəyər itirib. Hazırda WTI markalı neft 39,56 dollardan satılır. Bu, 24 saat əvvəlki qiymətdən təxminən 1,5 dollar ucuzdur.

Neftin ucuzlaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanması səbəb olub. Hesabata əsasən, Birləşmiş Ştatların neft ehtiyatlarının artım həcmi proqnozlaşdırılan həcmdən 3 dəfə çoxdur. Bazarda tələbatın təklifi üstələməsi qiymətlərin ucuzlaşmasına təsir göstərib.