Ictimai Palatanın rayon şöbəsinin üzvləri və fəallar Şəhidlər xiyabanınadək yolu piyada qət edib
Dünən 20 Yanvar Imişlidə də şəhidlərə yüksək sayğı ilə qeyd olunub. Ictimai Palatanın rayon şöbəsinin çağırışı ilə səhər saatlarında yüzlərlə rayon sakini N.Xudiyev adına mədəniyyət sarayının qarşısına toplaşıb.
Qarlı və küləkli hava olmasına baxmayaraq Şəhidlər xiyabanınadək yol piyada gedilib. Şəhid məzarları ilə yanaşı, xiyabandakı ikinci dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksin önünə də tər qərənfillər düzülüb.
20 Yanvar bölgələrdə də qeyd edilib
•


