Almaniya Fransanın səhvini təkrarlayacaq?

Bu ölkə də qondarma erməni soyqırımı ilə bağlı qanun qəbul edə bilər

Almaniya kansleri Angela Merkelin koalisiya hökumətinin Insan Haqları Parlament Qrupunun sözçüsü Erika Şteynbax gözlənilməz bəyanat verib. “CNN Türk”ün məlumatına görə, sözçü Almaniyanın da Fransa kimi qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini qəbul edə biləcəyini söyləyib. Sözçü əlavə edib ki, belə bir qanun layihəsi müxalifətin etirazı üzündən qəbul edilməyə də bilər.
“Türkiyə həqiqəti nə qədər inkar edirsə etsin, Koalisiya üzvlərinə soyqırımın əslində olduğu məlumdur. Erməni soyqırımı mütəmadi olaraq gündəmimizdə olmalıdır. Türkiyə bir cavabdehliklə qarşı-qarşıyadır. Bugünkü rəhbərlik soyqırım etməyib, bu səbəbdən həqiqəti asan qəbul edə bilərlər”- deyə Şteynbax vurğulayıb.

Informasiya şöbəsi