“Teatrda hansı otağı açırsan…”

Aktyor İlqar Cahangirov «od püskürdü»

“Prezidentimiz idman yarışlarına gedir. Amma bir dəfə teatra gəlmir. Marağı yoxdur, teatr bunu maraqlandırmır”. Bu sözləri Gənc Tamaşaçılar Teatrının aktyoru Ilqar Cahangirov “Azadlıq” radiosunun “Pen-klub” verilişində deyib. Aktyor bu gün Azərbaycanda teatra dövlət qayğısı olmadığını deyib.
“Azneft” dairəsində bir teatr var. Teatrdır o? Nə aktyoru var, nə repertuarı. Amma gözəl binası var. Teatr var ki, məsələn, Uşaq Teatrı, harda məşq edir, bilirsiz? Tövlədə…”, – deyə Ilqar Cahangirov vurğulayıb.
O, incəsənət adamlarının məqsədli şəkildə asılı vəziyyətə salındığını bildirib: “Asılıyıq. Dövlət bizi asılı edib. O ki qaldı fəxri adlara, boş şeylərdir. O adı bizə verirlər, nələrəsə görə, kimlərəsə görə. Teatrda hansı otağı açırsan, Ilham Əliyevin, Heydər Əliyevin şəklidir.
O teatr böyük aktyorlar yetişdirib. Bir dənə aktyor şəkli yoxdur, bir dənə rejissor şəkli yoxdur.
Bura teatrdır da. Elə otaq var ki, orada Ilham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar. Mən onlarla nədən danışım”.