ali kerimli3

Manatı kim xilas edəcək?

ali kerimli3AXCP sədri Əli Kərimli manatı gözləyən təhlükədən, sürətlə əriyən valyuta ehtiyatlarımızdan yazıb. Əli Kərimli Facebook səhifəsində yazır:

“Dostlar, Novruz bayramı sevdiyimiz bayramdır. Amma bayramdır deyə, ciddi mövzulardan qaçmamalıyıq. Manatın taleyi çox qaranlıq görünür. Hər hərracdan sonra məlum olur ki, məsələn, bankların dollara təlabatı 250-300 milyon dollar olub, ancaq Mərkəzi Bank onlara 50 milyon dollar satıb. Neft Fondu da valyuta hərraclarına yanvar və fevral aylarında olduğu qədər valyuta çıxara bilməyəcək. Çünki fondun qarşıdakı 9 ayda 1.9 milyard dollarlıq öhdəliyi (TANAP,STAR və s.) birbaşa dollarla ödəniləcək. Beləliklə, yaxın aylarda Mərkəzi Bankın ehtiyatları tükənəcək, Neft Fondunun daxili bazarda dollar satmaq imkanı azalacaq, hökumət də vəziyyəti dəyişmək iqtidarında olan heç bir tədbir görə bilmir. Manatı labüd iflasdan kim və necə qoruyacaq? Möcüzəmi gözləyək, yoxsa təşkilatlanıb, taleyimizə sahib çıxmaq haqda düşünək?”