Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya hökm oxunub.
Qazeta.ru-nun məlumatına görə, məhkəmənin qərarı ilə N. Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. Habelə ukraynalı pilot 30 min rubl cərimə olunub.
N. Savçenkonun həbs müddəti tutulduğu gündən – 2014-ci il 23 iyun tarixindən hesablanacaq.
Qeyd edək ki, 35 yaşlı N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq, Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur.