Türkiyədə PKK terroru: 2 şəhid, 10 yaralı

ankara-terror-13mart2016Türkiyənin Mardin şəhərinin Nusaybin və Mazıdağı məhəllələrində terrorçular orduya yenə hücum təşkil edib.

Hadisə zamanı 2 təhlükəsizlik işçisi şəhid olub, 10 nəfər də yaralı var.
Nusaybin mahalında əsgərləri daşıyan xidməti maşın keçərkən terrorçular tərəfindən bomba partladılıb. Hadisə zamanı 1 əsgər şəhid olub, 7-si yaralanıb.

Həmçinin Mazıdağı mahalında da terrorçuların yola yerləşdirdikləri bombanı uzaqdan partlatması ilə maşında olan əsgərlərdən 1-i ölüb 3-ü yaralanıb. (lent.az)