AXCP lideri Xədicə İsmayıl və İntiqam Əliyevin ailələrini ziyarət etdi

Ali beyAXCP rəhbərliyinin siyasi məhbus ailələrini ziyarəti davam edir. Bugün partiya rəhbərliyi vicdan məhbusları İntiqam Əliyev və Xədicə İsmayılın ailəsinə baş çəkib. Bu haqda AXCP sədri Əli Kərimli özünün Facebook səhifəsində yazıb:

“Azərbaycanı, həqiqəti, ədaləti çox sevdikləri üçün şərlənərək həbs edilmiş vicdan məhbusları Xədicə İsmayılın və İntiqam Əliyevin ailələrini Novruz bayramı günü ziyarət etməyi özümə borc bildim. Sizlərin adından Xədicə xanımın anası Elmira xanıma və İntiqam bəyin ailəsinə çatdırdım ki, Xədicə İsmayıl və İntiqam Əliyev, eləcə də digər siyasi məhbus dostlarımız demokratik düşərgə və bütövlükdə millətimiz üçün çox önəmli şəxslərdir. Biz hamılıqla onlara və bütün siyasi məhbuslara azadlıq tələb edirik!
Dostlar, bir daha bayramınız mübarək olsun! Arzu edək ki, məhbus dostlarımız tezliklə azadlığa çıxsın, bütün acı və pisliklər də artıq arxada qalsın!”