Keçmiş prezidentə 10 il həbs cəzası verildi

ben eliTunis məhkəməsi  Tunisin sabiq prezidenti Zin əl-Abidin Bin Əlini hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək qiyabi 10 il həbs cəzasına məhkum edib. Prokurorluğun iddiasına əsasən  Bin Əli vəzifəsindən istifadə edərək şirkətlərin birindən qazanc əldə edib . İşin digər detalları barədə açıqlama verilməyib.

Bu sabiq prezidentə qarşı irəli sürülən ilk ittiham deyil. O, 2011-ci ildə ölkədə baş vermiş inqilabdan sonra Səudiyyə Ərəbistanına qaçıb.