Əksəriyyətin rəqəmləri sevmədiyini bilirəm. Amma bu rəqəmlər sadəcə rəqəm deyil, həyatımızın hansı sürətlə pisləşdiyinin göstəricisidir. Bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə neft yox ha, qeyri-neft mallarının ixracı 43%, bütövlükdə xarici ticarət dövriyyəsi isə 46% azalıb. Yalnız yanvar və fevral aylarında Mərkəzi Bank və Neft Fondu daha 2.1 milyard dollar “əriyib”. İndi gördünüz ki, qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı danışdıqları sadəcə nağıldır? Əmin oldunuzmu ki, anti-böhran tədbirlərinin görüldüyü haqda məlumatlar, “böhran arxada qaldı” tipli yalanlar baş qatmaq üçündür? Bu siyasət davam etdikcə, vəziyyət daha da pisləşəcək. Bayram günlərində vaxtımız çox olacaq. Gərək hamımız ölkənin gələcəyini düşünək, “bu səhv siyasəti necə durduraq?” sualına cavab axtaraq.

Bu səhv siyasəti durdurmaq barədə gərək hamımız düşünək
•