Dövlət büdcəsində 59% azalma baş verib. Bu nədir? Büdcədə pul yoxdur? Bəyəm büdcə siyasəti iflas edir? Bəs Maliyyə Nazirliyinin hazırladığı, deputatların səs verdiyi makroiqtisadi əsaslandırmalar nəyə söykənmişdi?
2016-cı ilin yanvar ayında dövlət büdcəsinin xərcləri 516 milyon manata düşüb. 2015-ci ilin eyni dövründə bu göstərici 1 milyard 263 milyon manat olub. Ötən illə müqayisədə dövlət büdcəsinin xərcləri üzrə 59%, gəlirləri üzrə 20% azalma əmələ gəlib. Vəziyyət gözlədiyimizdən də ağırıymış. ÜDM, kapital qoyuluşu, əhalinin pul gəlirləri və sair kimi makroiqtisadi göstəricilər təsirli dərəcədə pisləşib.
Əlinizi iti tutun, hörmətli cavabdehlər! Yürüdülən siyasətin sonu iflasdır. Təcili islahatlara başlamaq lazımdır. Vaxt gözləmir…
Yazı iqtisadçı Nemət Əliyevin Facebook səhifəsindən götürülüb.