2genc-intihar

İran vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb

2genc-intiharBakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Nəsimi rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 9 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan İran İslam Respublikası vətəndaşı, 1962-ci il təvəllüdlü Məcid Süleymanzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.