Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olundu

rusiyaKanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini açıqladı. Bu bəyanatla Kanadanın xarici işlər naziri Stefan Dion çıxış edib.

Onun sözlərinə görə, yeni sanksiyalar 10 hüquqi və 2 fiziki şəxsə şamil olunur. Bəyanatda əlavə sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir.

“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tam həcmdə yerinə yetirilənədək qüvvəsində qalacaq”, – S.Dion belə deyib.

 

(virtualaz)