The Times qəzeti şahid ifadələrinə və aldığı məlumatlara istinad edərək Hüsni Mübarək hakimiyyətinin son saatlarını və süqutunu canlandırıb
“Hələ bir il əvvəl o Misirdə “firon” idi, dünən isə həyatı uğrunda çarpışan bir adamı xərəkdə məhkəməyə gətirdilər.” – deyə qəzet jurnalistləri Maykl Binon və Ceym Hayder yazır.
Tibb bacısı və cərrah qızı Suzanna əri Mübarəkin yanından bir an olsun ayrılmayıb.
Həlledici anda Suzanna Misir və bütün dünyanı gözləməyə məcbur edib. Mübarəkin istefa edəcəyi gün o, prezident villasının döşəməsində peyda oldu, dayanmadan ağlayaraq evini tərk etməkdən imtina edirdi. Misir dövlət televiziyasının keçmiş sədri Abdel Lətif Əl-Menavi öz kitabında yazır: “Qiymətli əşyalarını yığması üçün mühafizəçilər onu əllərində daşımağa məcbur oldular.” Bu anda Əl-Menavi Mübarəkin istefası haqqında xəbəri efirə buraxmaq haqqında əmr gözləyirmiş. Videoyazını ancaq Suzanna və oğulları Qahirəni tərk etdikdən sonra yaymaq olarmış. Xəbəri isə vitse-prezident Ömər Süleyman oxudu. Əl-Menavi izah edir ki, videoyazıda Ömər Süleymanın arxasında dayanan naməlum şəxs Mübarəkin “boz kardinalı” yox, sadəcə kadra təsadüfi düşən katib imiş.
Təlatümlər 2011-ci ilin 25 yanvarında başladı. İki həftə sonra Əl-Menavi anladı ki, Mübarək hakimiyyəti əldə saxlaya bilməyəcək. Lakin heç kəs bunu prezidentə deməyə cəsarət etmirdi. Əl-Menavi vəziyyəti İnformasiya naziri Anasa Əl-Feki yolu ilə çatdırmaq üçün kəşfiyyat rəhbərlərinə müraciət edib. Əl-Feki Mübarək tərəfindən oğlu kimi sevilirdi və qəbul olunurdu. Kəşfiyyat rəhbərlərindən biri onu sakitləşdirməyə çalışıb: “Allah Quranda Misirin adını beş dəfə xatırlayıb, Məkkəni isə iki dəfə. O, bizim ölkəni qoruyacaq.” Müəllif təəcüblənir ki, bu cür yüksək səlahiyyəti olan şəxs ancaq möcüzəyə ümid imiş. Əl-Menavi Əl-Fekinin yanına gedərək deyib: “Mübarək elə bugün efirdə çıxış etməlidir.” və çıxış mətnini yazmağa başlayıb.
Mübarəkin istefa çıxışını bütün Misir gözləyirdi. Teleşirkətin qarşısına minlərlə nümayişçi yığışmışdı. Ancaq Mübarək yanılaraq, çıxış mətnini dəhşətli bir şey saydı və özündənrazı, mənasız çıxış etdi. Nümayişçilər təəccübdən çılğına döndülər. “Görünür, Mübarəkin oğlu Qamal mətnə dəyişikliklər edib, istefa haqqında yazılanların hamısını çıxarıb. Bu Qamal və anasının “nəsil əməliyyatı”nda son gediş idi. Hansıki, prezident postunda oğulun atanı əvəz etməsinə hesablanmışdı.” – deyə qəzet yazır.
Ertəsi gün etiraz aksiyaları daha şiddətli oldu. Ən sonda ordu nümyəndəsi artıq Şarm Əl-Şeyxə uçmuş Mübarəkin istefası haqqında rəsmi açıqlamanı studiyaya gətirdi. Açıqlamanı ancaq Suzanna və oğulları Qahirəni tərk etdikdən sonra efirə vermək olardı.
Eks-prezidentə yaxın şəxlərin verdiyi məlumata görə Şarm Əl-Şeyxdəki xəstəxanada yatan Mübarək çox məyus halda imiş. O vaxtını futbol matçlarının yazılarına baxmaqla keçirirdi. Bacardıqca xəbərlərdən qaçırdı. Heç nə yeməyib, palatadan çıxmağı rədd edirdi. Mübarəkin məmurlarının dediyinə görə, o, yataqdan xalqmaq iqtidarında belə deyildi. Yataq rejimindən əzələləri qıc olmuşdu.
Bugün isə etirazçılara atəş açmaq qərarına görə ittiham tərəfi onun edamını tələb edir.



