Bakıda səfirlik əməkdaşlarının yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini, 1967-ci il təvəllüdlü Qəzənfər Nəzərovun idarə etdiyi 10 TH 507 nömrə nişanlı “London-Taxi” Cəbrayıl rayon sakini, 1960-cı il təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi eyni markalı 10 AT 774 nömrəli və Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Mərdanovun idarə “VAZ-21214” markalı, 90 TT 126 nömrəli avtomobillər toqquşub.
Qəza nəticəsində Q.Nəzərovun idarə etdiyi avtomobilin sərnişinləri olan Türkiyə səfirliyinin əməkdaşları, səfirin üçüncü katibi, 1980-ci il təvəllüdlü Öznur Tübençokrak və müşaviri, 1977-ci il təvəllüdlü Makbule Koçak xəsarat alıblar. Yaralılar Mərkəzi Klinikaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Araşdırma aparılır.
(qafqazinfo)