AXCP rəhbərliyi siyasi məhbus ailələrinə baş çəkdi

Ziyaret

AXCP sədri Əli Kərimli vicdan məhbuslarının ailələrinə baş çəkib. Bu barədə o öz Facebook səhifəsində yazıb:

“Vicdan məhbusları, müavinlərim Fuad Qəhrəmanlı və Seymur Həzinin ailələrilə bayramlaşdıq. Zümrüd xanım da, Seymur bəyin valideynləri də çox möhkəmdirlər. Hər dəfə bu mübariz ailələrlə görüşəndə fikirləşirəm ki, onların qürurlu və iradəli davranışları Fuad bəyi və Seymur bəyi daha da güclü edir. Təkcə siyasi məhbus olmaq deyil, siyasi məhbus ailəsi olmaq da böyük fədakarlıqdır.
Bu gün həm də, yenicə azadlığa çıxmış Pərviz Həşimli ilə görüşdük. Ailəsinə gözaydınlığı verdik. Balaca Zeynəbin sevincini paylaşdıq. Allah bütün vicdan məhbuslarının qapısını açsın!”

***

AXCP rəhbərliyi bayram münasibətilə partiyanın siyasi məhbus üzvlərinin ailələrinə baş çəkib. Partiya rəhbərliyi martın 16-da  AXCP Rəyasət Heyətinin üzvü, siyasi məhbus Məmməd İbrahimin ailəsini ziyarət edib. Dünən isə partiya rəhbərliyi AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin ailəsilə baş çəkib.