2016-cı ilin Yanvar – Fevral ayındakı 1 milyard 223 milyon 469 min dollarlıq ixracının cəmi 11,5%-ni və ya 140 milyon 248 min dolları özəl sektorun, 87,2%-i və ya 1 milyard 66 milyon 935 min dolları dövlət sektorunun, 1,3%-i və ya 16 milyon 285 min dollar fiziki şəxslərin payına düşüb.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə özəl sektorun ixracı 288 milyon 156 min dollar təşkil etmişdi. Beləliklə, özəl sektorun ixracı 2 dəfə azalıb. Həmçinin ötən ilin 2 ayında cəmi idxalın 12,3%-i özəl sektorun payına düşümüşdü.
XARİCİ TİCARƏT DÖVRİYYƏSİ KƏSKİN AZALIB
Qeyd edək ki, 2016-cı ilin Yanvar-Fevral aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 203 milyon 344.30 min ABŞ dolları təşkil etmişdir.
Ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45.51 % azalmışdır. Azalma əsasən neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır.
İdxal əməliyyatları üzrə 979 milyon 874.94 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 42.67 % azalmışdır), ixrac əməliyyatları üzrə isə 1 milyard 223 milyon 469.36 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 47.59 % azalmışdır) dövriyyə qeydə alınmışdır.
İXRAC AZALIB, İDXAL ARTIB
Yanvarda ixrac 657 milyon 76 min dollar, Fevralda 566 milyon 393.15 dollar, Yanvarda idxal 437 milyon 596.45 min dollar, Fevralda idxal isə 542 milyon 278.48 dolar təşkil edib. Göründüyü kimi, Yanvar ayı ilə müqayisədə Fevralda idxal artıb, ixrac isə azlıb. İdxalın artması indiki vəziyətdə yaxşı hall deyil, artan idxal dollara da təlabatı artırır. Dollara təlabatın artması isə onun qiymətini daha da artıra bilər.