Bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının artıq icrasına başlanılıb.
Adı əfv siyahısına düşən Müsavat partiyasının üzvü Sirac Kərimli, NİDA vətəndaş hərəkatının üzvləri Rəşadət Axundov, Ömər Məmmədov, hüquq müdafiəçisi Rəsul Cəfərov artıq evlərindədirlər.
Əfvə düşən şəxslərin əksəriyyətinin bu gecə evinə yola salınacağı gözlənilir.
Xatırladaq ki, bu dəfəki əfv siyahısına 148 nəfər düşüb. Sözügedən siyahıda NİDA vətəndaş hərəkatının digər üzvləri Rəşad Həsənov, Məmməd Əzizov və Ömər Məmmədovun adı da var.
Bundan başqa, əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər də azad edilib. Onlardan Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasının üzvləri Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Hilal Məmmədov, Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlını göstərmək olar.
Rəsul Cəfərov
Sirac Kərimli
Hilal Məmmədov
Ömər Məmmədov
Rəşad Həsənov
Nemət Pənahlı
Anar Məmmədli
Pərviz Həşimli
Tofiq Yaqublu
Məmməd Əzizov
Yadigar Sadiqov