Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 25% azalıb

elektrikBu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 49 796,79 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17 999,01 min kVt/saat və ya 26,55% azdır.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7 421,44 min kVt/saat və ya 19,93% azalaraq 29 809,75 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 1 459,19 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 472,77 min dollar, yaxud 24,47% azdır.