Azərbaycana ərzaq idxalında kəskin azalma

erzaqCari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 141 888,32 min ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeyinti məhsullları idxalında illlik müqayisədə 36,42% azalma müşahidə edilib. Hesabat dövründə ət, süd, buğda, şəkər idxalında azalma, yağ, meyvə-tərəvəz idxalında isə artım qeydə alınıb.

Ət idxalı 9% azalaraq 3 milyon 590,77 min dollar, süd – 49,62% azalaraq 668,12 min dollar, şəkər – 33,82% azalaraq 9 milyon 34,15 min dollar olub. Buğda idxalı isə daha kəskin azalıb. Buğda idxalı 6,7 dəfə azalaraq 109 milyon 15,43 min dollardan 16 milyon 217,83 min dollara enib. Kərə yağı idxalı 27,06% artaraq 6 milyon 206,10 min dollar, meyvə-tərəvəz idxalı 2,4 dəfə artaraq 27 milyon 726,85 min dollar təşkil edib.

Qeyd edək ki, cari il yanvar-fevral ayları ərzində Azərbaycana yeyinti məhsullları idxalı ölkə üzrə cəmi idxalın 14,48%-nə bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,54 faiz bəndi azdır. (marja.az)