Bağlanmış bankların əmanətçiləri 122 milyon kompensasiya alıb

manat1Əmanətlərin Sığortalanması Fondu (ƏSF) lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fins.az xəbər verir ki, ƏSF-nin yaydığı məlumata görə, indiyə qədər “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”da əmanəti olanlara 122 milyon manata yaxın kompensasiya ödənilib.

Belə ki, “Bank of Azerbajan”ın əmanətçiləri yanvarın 29-dan bəri 23 milyon manatdan çox, “Gəncəbank”ın əmanətçiləri fevralın 4-dən bəri 821 min manatdan çox, “Texnikabank”ın əmanətçiləri isə fevralın 12-dən bəri 98 milyon manatdan çox kompensasiya alıb.