ulduz fali

Günün ulduz falı (19.01.12)

QOÇ

Gün zəngin təcrübə toplamaq baxımından məhsuldardır. Amma pis xəbər də var. Taleyin verdiyi dərsdən “ağıllanmayanlar” cəzalanacaq. Əgər özünüzü güclü hesab edirsinizsə, yanılırsınız. Bu gün özünüzə düşmən saydığınız adama yardım edin. Belə alicənablıq yaxşı sonluq vəd edir.

BUĞA

Ətrafdakılara onlar barədə düşündüklərinizi açıqlamağa tələsməyin. Çünki sabah qərarınızı dəyişə bilərsiniz. Sonrakı peşmançılıq fayda verməz. Bu üzdən də hələlik danışıqlar aparmaq məsləhət deyil. Məqsədinizdən asılı olmayaraq, konfliktlərdən qaçmaq lazımdır. Qənaətcil olun.

ƏKIZLƏR

Təhlükəli gündür. Yeni ideyaları tez reallaşdırmağa cəhd edirsiniz. Pulunuzu qoruyun, səhviniz ucbatından o, başqalarının ola bilər. Gün ailə tədbirlərinin keçirilməsi üçün münasib deyil. Xüsusilə, günün ikinci yarısında emosiyalarınıza hakim kəsilə bilməyəcəksiniz.

XƏRÇƏNG

Xoş dövran başa çatmaq üzrədir. Buna görə də işlərinizi tamamlamağa çalışın. Günün emosional mənzərəsi sabitdir, əhvalınızın da yaxşı olacağı ehtimal edilir. Səhhətinizlə bağlı problem gözlənilmir. Günün ikinci yarısını yaxınlarınızın əhatəsində keçirməyə çalışın.

ŞIR

Uğurlu gündür. Bu günə münasib olmayan iş isə çətin və böyük miqyaslı layihələri gerçəkləşdirməkdir. Çünki onları bir günə tamamlaya bilməyəcəksiniz, sabahın isə öz qayğıları var. Bir çox “Şir”lər əlaqələri korlanmış qohumlarla münasibətlərini aydınlaşdıracaqlar. Ailədə də sülh hökm sürəcək.

QIZ
Işgüzarlığınız getdikcə solur. Bu səbəbdən də işgüzar müstəvidə qələbələrə ümid etməyin. Aktual tapşırıqları həll etmək

əvəzinə, bu işləri başqasına həvalə etmək üçün axtarışdasınız. Amma könüllü köməkçilər azdır. Şəxsi müstəvidə vəziyyətə gəlincə, problem sizin öz hisslərinizdən özünüzün belə, baş çıxara bilməməyinizdədir.

TƏRƏZI

Maraqlı imkanlarınız çox olacaq, hətta seçim edərkən çətinlik çəkəcəksiniz. Karyerada yüksəliş sizi gözləyir. Günün birinci hissəsində emosional mənzərə sabit olacaq, amma axşama doğru əhvalınız korlanacaq.

ƏQRƏB

Uğurlu, məhsuldar gündür. “Yoruldum” deməyəcəksiniz. Istənilən layihənin başlanğıcı üçün münasib gün sayılır. Bürcün imtahan verən nümayəndələrinin bəxti gətirəcək. Günün ikinci yarısında romantik əhval-ruhiyyə hökm sürəcək.

OXATAN

Ciddi hadisə baş verməyəcək. Xüsusilə, vizual incəsənətlə məşğul olanlar üçün uğurlu gündür. Onların istedadı parlayacaq. Gün əsaslı məsrəflərlə yadda qalacaq. Bu gün mebel, məişət texnikası ala bilərsiniz. Seçimdə yanılmayacaqsınız.

OĞLAQ

Neqativ tendensiyalar bu gün güclü olacaq. “Oğlaq”lar müttəfiqlərilə, həmkarlarıyla mübahisə edəcəklər. Nəticədə sizə az faydası dəyməyən adamların dəstəyini itirəcəksiniz. Maddi durum da ürəkaçan olmayacaq deyə, ciddi xərclər tələb edən işlərdən yapışmamağınız məsləhətdir.

DOLÇA

Bu gün xırda işlərlə kifayətlənməli olacaqsınız. Gün şəhərdən kənarda gəzinti, təmiz havada istirahət etmək üçün əlverişlidir. Romantik görüş yaxşı keçəcək, amma nəzərə alın ki, bu müstəvidə təşəbbüskarlıq rolu sizin üzərinizə düşəcək.

BALIQLAR

Çətin və gərgin gün olacaq. Müdiriyyətlə və həmkarlarla aranızda münasibət korlanacaq. Sizin mötəbər düşmənləriniz ola bilər. Pulla risk etməyin, qənaətcil və ehtiyatlı olun. Qeyri-rəsmi ünsiyyət baxımından yararlı gündür.