Ucuz neftə görə Azərbaycanın itirdiyi fantastik məbləğlər

neftAzərbaycan 2016-cı ilin Yanvar-Fevral aylarında 940 milyon 495,11 ABŞ dollar dəyərində xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə azdır.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin 2 ayında 3 milyard 538 milyon 865 min dollarlıq, 2014-cü ilin 2 ayında 3 milyard 268 milyon dollarlıq, 2015-cı ilin anoloji dövründə isə 1 milyard 825 milyon 982 min dollarlıq xam neft ixrac edib.

Azərbaycanın xam neft satışından gəlirləri 2013-cü ilin ilk iki ayı ilə müqayisədə 3,8 dəfə azalıb.

940 milyon 495,11 ABŞ dolları gömrük bəyannamələri əsasında ixrac edilmiş 3 milyon 735 min 594 ton xam neftin dəyəridir. Sayğac göstəricilərinə görə, bu ilin ilk 2 ayında 5 milyon 275 min 622 ton xam neft ixrac edilib (marja).