ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi

obama-pentagonABŞ prezidenti Barack Obama “qanunsuz” nüvə və ballistik raket sınaqları keçirildiyinə görə Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam verib.

Yeni sanksiyalar Şimali Koreya hökumətinin Amerikadakı dövlət əmlakının dondurulmasını, ABŞ-ın Şimali Koreyaya ixracı və investisiyasının qadağan edilməsini nəzərdə tutur.

Sanksiyalar həmçinin Pxenyanla əməkdaşlıq edən istənilən fərd və şirkətin (o cümlədən Amerikadan olmayan) qara siyahıya salınmasını nəzərdə tutur.

Siyahıya bu yaxınlarda BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilən sanksiyalar daxildir. Bu, son onilliklər ərzində Şimali Koreyaya qarşı tətbiq edilən ən sərt sanksiyalardır.

Lakin siyahı Amerika Konqresi tərəfindən qəbul edilmiş və fevralda ABŞ prezidentinin imzaladığı başqa sanksiyalar da ehtiva edir.

Şimali Koreya tərəfindən yanvarın 6-da nüvə sınaqlarının keçirilməsi və fevralın 7-də ballistik raketin buraxılması mövcud BMT sanksiyalarının pozuntusu idi.

Cənab Obama bildirib ki, sanksiyalar “Şimali Koreya xalqını hədəf almayıb”. O təklif edib ki, ölkə rəhbərliyi yalnız özünü günahkar saysın.ABŞ-dan olan tələbə Otto Warmbier Şimali Koreyada dövlətə qarşı cinayətə görə 15 il müddətinə azadlıqdan məhrub edilib

Pxenyanın ABŞ-da nə qədər əmlakının olduğu məlum deyil və iki ölkə arasında ticarət cüzidir. Lakin yeni qara siyahı Washington-un cəza tədbirləri tətbiq etmək səlahiyyətlərini genişləndirir.

Çərşənbə günü amerikalı tələbə Şimali Koreyada dövlətə qarşı “ağır cinayətlər” üçün 15 il islah işlərinə məhkum edildikdən sonra iki dövlət arasında gərginlik daha da artıb.

ABŞ Şimali Koreyadan yanvarda səfərdə olduğu zaman oteldən təbliğat nişanını oğurlamaq cəhdinə görə həbs edilmiş 21 yaşlı tələbə Otto Warmbieri dərhal azad etməyi tələb edib.

Fevralın sonunda mətbuat konfransında Otto Warmbieri deyib ki, otel işçiləri üçün nəzərdə tutulan zonada divardan siyasi plakatı qopardıb və onun hərəkətləri Koreya xalqının motivasiyasına xələl vurulmaq məqsədi daşımayıb.

ABŞ və Cənubi Koreya bu ay növbəti illik hərbi təlimləri keçirirlər, hansı ki adətən müəyyən gərginlik yaradır. Bu il isə Pxenyan hər iki ölkəni “ədalətin qabaqlayıcı nüvə zərbəsi” ilə hədələyib.

 

(bbc azəri)