2genc-intihar

Bakıda 86 yaşlı kişi boğazını kəsərək intihar edib

2genc-intiharBakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbə sakini, 1930-cu il təvəllüdlü Əliş Bəhramov yaşadığı evdə boğazını kəsərək intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.