ÇL 1/8: “Barsa”dan qələbə, “Bavariya”dan möhtəşəm geri dönüş

cemp liqaÇempionlar Liqasında 1/8 finalın oyunları başa çatdı. Son oyun günündə daha iki qarşılaşma keçirilib. İspaniyada “Barselona” “Arsenal”ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn kataloniyalılar öz meydanın 3-1 hesablı qələbə qazanaraq 1/4 finala adladı.

Digər oyunda isə “Yuventus” “Bavariya”nın qonağı olub. Turində keçirilənə ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Münhendə keçirilən oyunda da əsas vaxt 2-2 hesablı bərabərliklə baça çatdı.

Əlavə vaxtın ikinci hissəsində “Bavariya” daha iki top vurmaqla növbəti mərhələyə keçdi.

“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə) – 3:1
Qollar: Neymar, 18 (1:0), Elneni, 51 (1:1), Suarez, 65 (2:1), Messi, 88 (3:1)
İlk oyun – 2:0

“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) – 4:2
Qollar: Poqba, 5 (0:1), Kuadrado, 28 (0:2), Levandovski, 73 (1:2), Müller, 90+1 (2:2), Alkantara, 108 (3:2), Koman, 110 (4:2)
İlk oyun – 2:2