Dollar “Fed”dən öncə bahalaşır

dollarDollar, ABŞ Mərkəzi Bankı Fed-in faiz artırmağa dair açıqlamalar verəcəyinin gözlənilməsi əlaqədar olaraq dünyanın 16 mühüm valyutasının böyük hissəsi qarşısında dəyər qazanıb. Döyçe Bank, Fed sədri Janet Yellenin Aprel ayında faiz artırmağa “qapı aralaya biləcəyi” şərhini edib.

“Əgər Fed bu axşam ABŞ-da faizin artacağı gözləntilərini gücləndirəcək bir şey desə, bunun nəticəsinin güclü dollar şəklində olacağını düşünürük” – deyə analitiklər bildirirlər.

Dollar yen qarşısında 0.3 faiz qalxaraq 113.47 səviyyəsinə çıxıb. ABŞ-ın pul vahidi avro qarşısında 0.15% yüksələrək 1.1097 səviyyəsinə gəlib.

ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.1 faiz yüksəlib və yüksəlişini üçüncü günə qaldırıb. İndeks, Yanvar ayında 2004-dən bu yana ən yüksək səviyyəsini görəndən bəri 3.7 faiz geriləmişdi.

Fed-in iclasdan sonra faiz artırmağın təxirə salındığını, ancaq bu təxirəsalmanın uzunmüddətli olmadığını vurğulayacağı gözlənilir. Daha ətraflı buradan oxuyun.

 

(marja)