ulduz fali

BÜRCLƏR – 16.03.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

Qoç

Bu gün alacağınız xəbərlərin doğru olub-olmadığını araşdırmadan reaksiya verməyin. Anlaşılmazlıq ola bilər. Hadisələr sizi həyəcanlandıracaq. Yazışmalarla bağlı bəzi fasilələr ola bilər.

Buğa

Planlarınızı tətbiq edə biləcəyiniz bir gündür. Əlinizə keçən fürsətləri dərhal qiymətləndirin. Hadisələrin inkişafı gözlədiyiniz kimi nəticələnəcək. Yaxınlarınızla əlaqələriniz də getdikcə daha da istiləşəcək.

Əkizlər

Başladığınız işlərə davam edəcəksiniz. Bir az gərgin və səbrsiz olmaqla yanaşı, sürətli və enerjili olacağınız da istisna deyil. Səfərlər üçün münasib gündür, uzun səyahətlərə çıxa bilərsiniz.

Xəəng

Bu gün küsəyən və diqqətsiz ola bilərsiniz. Lakin sakit və anlayışlı davranmağı bacara biləcəksiniz. Xüsusilə, xanım tanışlarınıza qarşı mülayim olacaqsınız. Maliyyə ilə bağlı işləriniz artacaq.

Şir

Narahat və pessimist duyğular içində olsanız belə, enerjili bir şəkildə işlərinizi davam etdirəcəksiniz. Enerjinizi müsbət istiqamətdə istifadə etməklə, maraqlı təkliflər alacağınız istisna deyil.

Qız

Iş yoldaşlarınız və dostlarınızla aranızdakı əlaqələr son dərəcə xoş müstəvidə inkişaf edəcək. Pulla bağlı işlərinizi sürətləndirəcəksiniz. Əvvəldən qurduğunuz planları diqqətlə tətbiq edəcəksiniz.

Tərəzi

Hadisələrə fərqli istiqamətdə baxaraq qiymətləndirəcəksiniz. Ətrafınızdakıları öz mövqeyinizə müvafiq istiqamətləndirmək üçün böyük bir səy göstərəcəksiniz. Son dərəcə təsirli və xoş görünməklə ətrafdakıların diqqətini çəkəcəksiniz.

Əqrəb

Alacağınız bəzi xəbərlər əhvalınızı yüksəldəcək. Hisslərinizə nəzarət edib, sizi narahat edən mövzulardan uzaqlaşa bilərsiniz. Daha diqqətli və tədbirli davranacaqsınız. Beləcə, əlaqələr qura bilərsiniz.

Oxatan

Pulla bağlı istəklər artacaq. Bu mövzuda gözləmələriniz sürətlə inkişaf edəcək. Yaxşı olar ki, reallaşdıra biləcəyiniz arzularla yaşayasınız.

Oğlaq

Uzun zamandır görmədiyiniz köhnə bir dostunuzla təsadüfən qarşılaşacaq və xoş vaxt keçirəcəksiniz. Köhnə günlərdən və xatirələrdən danışmaq sizə böyük zövq verəcək. Xırda narahatlıqlar da istisna deyil.

Dolça

Daxilinizdə fərqli istəklər baş qaldıracaq. Enerjinizdən müsbət istiqamətdə istifadə etmək üçün yeni cəhdlərə əl atın. Bu gün xanımlarla münasibətdə səbrli davranın.

Balıqlar

Bu gün hisslərinizə nə qədər nəzarət etsəniz də, duyğularınızı qabarıq şəkildə biruzə verəcəksiniz. Daxili aləminiz ortaya çıxa bilər və narahatedici duruma düşə bilərsiniz. Günü sakit və diqqətdən uzaq keçirməyə çalışın.