Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsində Asif Məmmədova (Mərzili) məxsus evin yandırılmasına cəhd göstərilməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.
O deyib ki, naməlum şəxslər Xətai Rayonunda Asif Məmmədova məxsus evin taxtadan olan pəncərəsini yandırıblar: “Yanğını ev sahibi özü söndürüb. Nəticədə pəncərənin çərçivəsi qismən yanıb. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları gəlib. Hazırda evin yandırılmasına cəhd göstərilməsi hadisəsi ilə bağlı araşdırma aparılır”.
Qeyd edək ki, Asif Mərzili “Təzadlar” qəzetinin baş redaktorudur. Martın 14-də, gecə saat 3 radələrində onun yaşadığı evdə yanğın baş verib. Baş redaktorun mənzili Bakının Xətai rayonu, Tağızadə küçəsindəki 11/15 nömrəli evdə yerləşir.