Terror təşkilatı Hizbullah öz döyüşçülərini Suriyadan çəkir. Türkiyə mətbuatının yazdığına görə, bu barədə livanlı jurnalist öz yazısında qeyd edib. Qeyd olunur ki, Hizbullah-ın bəzi üzvləri Suriyadan Livana qayıdıblar.
Xatırladaq ki, dünən Rusiya mətbuatında gedən məlumatlarda prezident Putinin rus qoşunlarının Suriyadan geri çəkilməsi ilə bağlı tapşırıq verdiyi bildirib. Bu gün isə artıq Rusiya məxsus qırıcıların Suriya ərazisindən uzaqlaşdığı müşahidə olunub.