3 blok hüququ siqaret idxalını 6 dəfə azaldıb

siqaretAzərbaycana siqaret idxalının azalmasının əsas səbəbi vətəndaşların ölkəyə 3 bloka qədər siqaret idxal etmək hüququndan kommersiya məqsədilə istifadə etməsi ilə əlaqədardır.

Bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycana siqaret idxalı 6 dəfə azalıb.

“Rusiya, Gürcüstan, İranla sərhəddə gündə bir neçə dəfə siqaret daşıması faktları qeydə alınır. Təəssüf ki, qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulmuş hüquqdan kommersiya məqsədləri üçün istifadə edirlər”, – deyə A.Əliyev bildirib.

Komitə sədri qeyd edib ki, belə vəziyyət həm daxili tütün bazarına, həm də Azərbaycanın dövlət büdcəsinə ziyan vurur.

 

(nterfaks)