Məşhur milyarder Putinə qapını göstərdi

Məşhur Rusiyalı oliqarx, hal-hazırda Londonda yaşayan Boris Berezovski Baş nazir Vladimir Putini prezidentliyə namizədlikdən əl çəkməyə və mart seçkilərini təxirə salmağa çağırıb.

ANN.Az-ın “RBK”-ya istinadən verdiyi xəbərə görə, biznesmen bildirib ki, yanlız rus provaslav kilsəsi ölkədə dinc şəkildə hakimiyyət dəyişikliyinə zəmanət verə bilər.
Bu gün “Exo Moskvı” radio stansiyasının bloqunda nəşr edilən və Putinə ünvanlanan yazıda Berezovski Baş nazirin qanlı inqilaba rəvac verməməyə, xalqla hakimiyyətin əlaqəsini kəsərək Rusiyanın çökməsinə icazə verməməyə çağırıb.
Oliqarxa görə, cəmiyyətin intellektual hissəsi iki əsas tezisi səsləndirir – “Putin getməlidir” və “Biz qanlı inqilab istəmirik”
O, Putini namizədliyini geri götürməyə, prezident seçkilərini təxirə salmağa və Milli Qurtuluş komitəsi yaratmağa çağırıb. Berezovski Putini və onun əməkdaşlarını, rəqiblərini və “Rusiyanın maraqlarını müdafiə edən” hər kəsi bu komitəyə daxil olmağa çağırıb.
“Birlikdə ədalətli seçkilər təşkil edin. Elə seçkilər hazırlayın ki, orada Limonovdan tutmuş Navalniyə, Nemsova, Udaltsova, Jirinovskiyə, Zyüqanova, Xodorovskiyə və Lebedevə qədər bütün palitralar təmsil olunsun. Cəmiyyətin qəbul etdiyi seçim olsun”, – Berezovski bloq postunda yazıb.